“Manchester City”dən dodaq uçuqladan təklif
Bakı, 3 oktyabr, Tsport.az
“Manchester City” “PSG”-nin portuqaliyalı yarımmüdafiəçisi Joao Nevesin transferində qətiyyətlidir.
Tsport.az xəbər verir ki, İngiltərə klubu 21 yaşlı futbolçu üçün 120 milyon avro təklif etməyə hazırdır.
Bu mövsüm Neves 11 oyuna çıxaraq 5 qol və 1 asistlə fərqlənib. Onun “PSG” ilə müqaviləsi 2029-cu ilin yayına qədər davam edir.