Dünya Futbolu

“Manchester City”nin qapıçısı: “8 ildir eyni iç paltarı ilə oynayıram”

Bakı, 3 aprel, Tsport.az

“Manchester City”-nin qapıçısı Ederson, batıl inancı ilə bağlı verilən suala diqqətəlayiq bir cavab verib.

Tsport.az xəbər verir ki, dünyaca məşhur braziliyalı qapıçı, açıqlaması ilə sosial medyada gündəmə gəlib.

Maçlardan əvvəl xüsusi bir ritüeli olub-olmaması barədə verilən suala Ederson, “Sadəcə bir batıl inancım var” deyərək hər kəsi təəccübləndirən bir açıqlama verib. Ederson, “Hər maçda eyni iç paltarı geyinirəm. 8 ildir eyni iç paltarı ilə oynayıram”- deyib.