“Manchester City”yə pis xəbər
Bakı, 1 aprel, Tsport.az
“Manchester City” norveçli hücumçu Erling Haalandın sol topuğundan zədələndiyini və bir müddət yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.
Tsport.az xəbər verir ki, İngiltərə Premyer Liqa komandalarından olan “Manchester City” norveçli hücumçu Erling Haalandın sol topuğundan zədə aldığını və bir müddət meydandan uzaq qalacağını açıqlayıb.
Klubdan verilən məlumata görə, dünən İngiltərə FA Kubokunun 1/4 final mərhələsində “Bournemouth”la matçda zədələnən norveçli futbolçu bir müddət meydanlardan uzaq qalacaq.
“Erlingin mövsümün qalan hissəsi üçün hazır olacağı və bu yay FIFA Klublararası Dünya Çempionatı da daxil olmaqla, geniş rol oynayacağı gözlənilir” deyildi.
Haaland bu mövsüm “Manchester City”nin heyətində 40 oyunda 30 qol vurub və 4 məhsuldar ötürmə edib.