Azərbaycan Futbolu

“Manchester United” Altay Bayındırla yolları ayırmağa hazırlaşır

Bakı, 21 may, Tsport.az

İngiltərənin “Manchester United” klubu yay transfer dönəmində türkiyəli qapıçısı Altay Bayındırla yollarını ayırmağı planlaşdırır.

Tsport.az xəbər verir ki, klub rəhbərliyi André Onana ilə real rəqabət apara biləcək yeni bir qapıçı transfer etmək niyyətindədir. Bu səbəbdən 27 yaşlı türk futbolçunun komandadan ayrılması gündəmdədir.

Altay Bayındır bu mövsüm “Qırmızı şeytanlar”ın heyətində 9 matçda iştirak edib və 18 qol buraxıb. Onun performansı rəhbərliyi qane etmədiyi üçün ayrılıq qərarı verilib.