“Manchester United” Benjamim Šeško transferinə yaxınlaşır
Bakı, 7 avqust, Tsport.az
İngiltərə klubu “Manchester United” Almaniyanın “RB Leipzig” komandasının hücumçusu Benjamin Šeško ilə razılaşmağa yaxındır.
Tsport.az xəbər verir ki, transferin məbləği bonuslarla birlikdə 85 milyon avro olacaq. 22 yaşlı sloveniya futbolçusunun “RB Leipzig” ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir. Šeško ötən mövsüm Almaniya klubunun heyətində 45 oyunda 21 qol vurub.