“Manchester United” Brayan Mbeumo ilə müqavilə bağladı
Bakı, 20 iyul , Tsport.az
İngiltərənin nəhəng klubu “Manchester United” Kamerunlu hücumçu Brayan Mbeumo ilə 5 illik müqavilə imzalayıb. Transferin rəsmi olaraq tamamlandığını futbol insayderi Fabrizio Romano açıqlayıb.
Tsport.az xəbər verir ki, “Qırmızı şeytanlar” Mbeumonun transferi üçün Brentford klubuna 65 milyon funt-sterlinq məbləğində ödəniş edib.
Mbeumo 2019-cu ildən etibarən Brentford klubunda çıxış edirdi və Premyer Liqada göstərdiyi performansla bir çox böyük klubların diqqətini cəlb etmişdi.