“Manchester United” Conni Evansı vəzifəyə təyin etdi
Bakı, 1 iyul , Tsport.az
“Manchester United”in sabiq müdafiəçisi Conni Evans klubda yeni vəzifəyə gətirilib.
Tsport.az xəbər verir ki, 37 yaşlı keçmiş futbolçu klubun gənc oyunçuların icarəsi üzrə şöbəsinin rəhbəri olub. O, akademiyadan çıxan futbolçuların icarəyə verilməsi və onların inkişaf prosesinə nəzarət edəcək.
Evans bir neçə gün əvvəl futbolçu karyerasını başa vurmuşdu. O, “Manchester United”in heyətində ümumilikdə 241 oyun keçirib, 8 qola imza atıb.