“Manchester United” Emiliano Martinez yarışından çəkildi: Amorim’in fikri onda qaldı
Bakı, 20 avqust, Tsport.az
“Manchester United”ın yay transfer dönəmində qapıçı axtarışı, Aston Villa-nın ulduzu Emiliano Martinez’ə marağın dalana dirənməsi ilə yeni bir mərhələyə keçdi. Baş məşqçi Ruben Amorim’in israrına baxmayaraq, klub rəhbərliyi argentinalı dünya çempionu üçün yüksək transfer haqqı ödəmək istəmədi.
Tsport.az xəbər verir ki, David de Gea’nın 2023-cü ildə ayrılmasından sonra Manchester United qapı xəttində ciddi problemlər yaşayır. Onana’nın gəlişi inam və sabitlik gətirməli idi, lakin kamerunlu qapıçı azarkeşlərə güvən verə bilmədi. Həftəsonu Arsenal qarşısında qapını Altay Bayındır qorudu və kritik anda buraxdığı səhv “Gunners”a 1:0 hesablı qələbəni qazandırdı. Bu epizod, “United”ın etibarlı bir əsas qapıçıya ehtiyacını bir daha gündəmə gətirdi.
Bu arada, Emiliano Martinez’in Aston Villa’dakı gələcəyi ötən mövsümdən bəri qeyri-müəyyən olaraq qalır. Villa Park’dakı emosional vida anından sonra United-ın marağı və Onana ilə bağlı artan suallar argentinalı qapıçı üçün qapıları açmışdı. Lakin Amorim’in “komandanı toparlayacaq futbolçu” kimi gördüyü Martinez transferi üçün rəhbərlikdən dəstək ala bilmədi.
Jurnalist Gaston Edul, YouTube’dakı 412 kanalında Martinez’in “United” üçün əsas hədəflərdən biri olduğunu açıqladı. Onun sözlərinə görə, Amorim böyük istəklə transferin reallaşmasını tələb etsə də, rəhbərlik yalnız icarə variantını təklif edib. Aston Villa isə yalnız satış şərtilə oyunçunu buraxmağa hazır olduğunu bildirib.
Edul belə deyib: “Transfer çox yaxındı (Emi Martinez – Manchester United). Texniki heyət, xüsusən də Amorim onu çox istəyirdi və Martinez də bunun fərqində idi. Amma Amorim, United rəhbərliyini yaxşı bir qapıçı üçün pul xərcləməyin vacibliyinə inandıra bilmədi. Rəhbərlik isə ‘Onsuz da Onana var, sənə yaxşılıq olsun, icarə ilə sınayaq’ dedi. Villa isə yalnız satışa razılıq verəcəyini açıq şəkildə bildirdi.”
Zəhra Mansırova