Dünya Futbolu

“Manchester United” gənc istedad Enzo Kana-Biyiki transfer edir

Bakı, 2 may, Tsport.az

İngiltərənin nəhəng klubu “Manchester United” yay transfer dönəmində heyətini gənc futbolçu ilə gücləndirməyə qərar verib.

Tsport.az xəbər verir ki, klub rəhbərliyi “Le Havre” komandasının hücumçusu Enzo Kana-Biyik ilə razılığa gəlib. 18 yaşlı futbolçunun yay aylarında İngiltərəyə köçəcəyi gözlənilir.

Fransalı forvardla 2030-cu ilin yayına qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalanacaq. Kana-Biyik bu mövsüm Fransa Gənclər Liqasında 14 oyuna çıxaraq 8 dəfə rəqib qapılarını dəqiq nişan alıb.