Dünya Futbolu

“Manchester United” heyətini gücləndirir

Bakı, 19 may, Tsport.az

Manchester United”, Matheus Cunha ilə razılaşmaya yaxındır.

Tsport.az xəbər verir ki, İngiltərənin “Manchester United” klubu “Wolverhampton Wanderers”-in hücumçusu Matheus Cunha ilə transfer razılaşmasına yaxınlaşır.

“Qırmızı şeytanlar”ın 25 yaşlı braziliyalı forvard üçün 62,5 milyon funt-sterlinq ödəməyə hazır olduğu bildirilir.

Cunha bu mövsüm Premier League-də 31 oyunda meydana çıxaraq 15 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.