“Manchester United” Lucien Agoumé üçün hərəkətə keçib
Bakı, 2 avqust, Tsport.az
Premier Liqa nəhəngi “Manchester United”, La Liga təmsilçisi “Sevilla”-nın yarımmüdafiəçisi Lucien Agoumé-nin transferini gündəminə alıb.
Tsport.az xəbər verir ki, İspaniyanın “Fichajes” nəşrinin məlumatına görə, “Red Devils” 23 yaşlı fransalı oyunçunu heyətinə qatmaq üçün rəsmi təklif üzərində işləyir.
Agoumé hal-hazırda “Sevilla” ilə 2028-ci ilin yayına qədər qüvvədə olan müqaviləyə malikdir.
Fransız futbolçu 2024/25 mövsümündə 37 qarşılaşmada meydana çıxıb, 1 dəfə rəqib qapısına yol tapıb və 3 asistlə komandasına dəstək olub.