Dünya Futbolu

“Manchester United” Osimhenin istəyini qarşılamaqda çətinlik çəkir

Bakı, 8 aprel, Tsport.az

“Galatasaray”-ın nigeriyalı hücumçusu Victor Osimhenin transferi yaz aylarında böyük marağa səbəb olacaq.

Tsport.az xəbər verir ki, İngiltərənin nəhəng klubu “Manchester United”-ın Osimhen-i transfer etmək üçün maaş büdcəsini tənzimləməyə çalışdığı bildirilsə də, futbolçunun yüksək maaş tələbi səbəbindən bu transferin həyata keçirilməsi çətinləşir.

Osimhenin maaş tələbi, vergilər xaricində 9.4 milyon funt sterlinq olduğu bildirilir. “Manchester United” isə maaş büdcəsini uyğunlaşdırmaq üçün intensiv işlər görsə də, bu tələbə cavab verməkdə çətinlik çəkir və alternativ oyunçulara yönəlir. Bu vəziyyətlə əlaqədar, Osimhen və Viktor Gyökeres-in transferinin mümkünsüz olacağı söylənilir.

Bunun əvəzinə, “Ipswich”in gənc hücumçusu Liam Delap-ın “Manchester United”in transfer siyahısında daha önə çıxdığı bildirilib. Victor Osimhenin isə “Juventus” və ya Premyer Liqa-da oynamağı hədəflədiyi qeyd edilib.