Dünya Futbolu

“Manchester United sabitliyini itirib”

Bakı, 15 oktyabr, Tsport.az

Keçmiş “Manchester United” qapıçısı Peter Schmeichel klubun transfer siyasətini sərt şəkildə tənqid edib.

Tsport.az xəbər verir ki, Danimarkalı əfsanə xarici mediaya verdiyi müsahibədə bildirib ki, Scott McTominay və Rasmus Højlund kimi oyunçuların satılması ciddi səhvdir.

Schmeichel əlavə edib ki, klubun indi çoxsaylı rəhbərlik strukturu (Rúben Amorim, Dan Ashworth, Jason Wilcox, Christopher Vivell) qərarverməni çətinləşdirir və keçmişdəki kimi vahid idarəetmə yoxdur.