“Manchester United” satış xəbərlərini təkzib edib
Bakı, 9 oktyabr, Tsport.az
“Manchester United” rəhbərliyi Turki Alalshikhin klubun yeni investorla danışıqlar apardığı barədə iddialarını yalanlayıb.
Tsport.az xəbər verir ki, Səudiyyəli idman rəsmisi X sosial şəbəkəsində “Manchester United yeni investorla satış üzrə irəliləmiş mərhələdədir” paylaşımı edib.
Lakin klubdakı mənbələr bu məlumatın həqiqətə uyğun olmadığını bildiriblər. Açıqlama dəqiqləşdirilmədiyi üçün Alalshikh-in paylaşımı bir sıra suallar doğurub.