“Manchester United” tarixinin ən gənc start heyətini meydana buraxdı
Bakı, 4 may, Tsport.az
İngiltərə Premyer Liqasının XXXV turunda səfərdə Brentford ilə qarşılaşan “Manchester United”, klub tarixində indiyədək qeydə alınan ən gənc start heyəti ilə diqqət çəkib.
Tsport.az xəbər verir ki, “Qırmızı şeytanlar”ın bu oyundakı start heyətində yer alan futbolçuların orta yaşı 22 yaş 270 gün olub. Bu, klub tarixində rəsmi matçlarda qeydə alınan ən gənc heyətdir.
Start heyətində yer alan oyunçular bunlardır:
Altay Bayındır, Matthijs de Ligt, Luke Shaw, Tyler Fredrickson, Patrick Dorgu, Manuel Ugarte, Kobbie Mainoo, Harry Amass, Mason Mount, Alejandro Garnacho və Chido Obi.
Gənc heyətlə meydana çıxmasına baxmayaraq, komandanın bu cür seçimləri azarkeşlər və futbol mütəxəssisləri tərəfindən maraqla qarşılanıb.