“Manchester United” Victor Osimhen üçün hərəkətə keçdi – 40 milyonluq plan
Bakı, 23 aprel, Tsport.az
İngiltərənin nəhəng klubu “Manchester United”, yay transfer pəncərəsində Napolinin hücumçusu Victor Osimheni heyətinə qatmağa hazırlaşır.
Tsport.az xəbər verir ki, “qırmızı şeytanlar” nigeriyalı forvarda görə 40 milyon funt-sterlinq ödəməyi planlaşdırır.
Komandanın yeni baş məşqçisi Rúben Amorim, 26 yaşlı futbolçunu hücum xəttindəki problemlərin əsas həlli kimi görür və onun transferində israrlıdır.
Qeyd edək ki, Osimhen cari mövsümü “Galatasaray” klubunda icarə əsasında keçirir. O, bütün turnirlərdə 34 oyunda 29 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalı futbolçunu 70 milyon avro dəyərində qiymətləndirir.