“Manchester United” yeni transfer hədəfində
Bakı, 29 sentyabr, Tsport.az
İngiltərə nəhəngi “Manchester United” qış transfer pəncərəsində “Juventus”un forvardı Dušan Vlahovićlə müqavilə bağlamağı planlaşdırır.
Tsport.az xəbər verir ki, bu haqqda “La Gazzetta dello Sport” məlumat yayıb. Premyer Liqa təmsilçisi 25 yaşlı serb futbolçunun keçidi üçün ilkin hazırlıqlara başlayıb.
Vlahović cari mövsümdə “Juventus”un heyətində 6 oyunda meydana çıxaraq 4 qol vurub və 1 qol ötürməsi edib.