Dünya Futbolu

“Manchester United”dən Altay Bayındıra pis xəbər! Mövsüm sonunda…

Bakı, 7 aprel, Tsport.az

“Fenerbahçe”dən “ Manchester United”a transfer olunduqdan sonra forma şansı tapmaqda xeyli çətinlik çəkən  Altay Bayındıra pis xəbər gəlib.

Tsport.az xəbər verir ki, The Sun nəşrində yer alan xəbərə görə, qapı xəttində rəqabət yaratmağı hədəfləyən Ruben Amorim rəhbərliyindəki İngiltərə nəhəngi, Freddie Woodmanı ehtiyat qapıçı kimi heyətinə qatmaq istəyir.

Ən Böyük Səbəb…

“Qırmızı şeytanlar” bu transferi birinci dərəcəli prioritet kimi görməsələr də, yeni dövrdə təcrübə və etibarlılıq qazanmaq üçün bu addımı ata bilərlər.

“Manchester United”də Andre Onananın arxasında forma gözləyən millimizin qapıçısı Altay Bayındırın isə bu transferin gerçəkləşməsindən sonra atacağı addım maraqla gözlənilir.

Bu Mövsümdəki Performansı

2024/25 mövsümündə İngiltərə Çempionşip təmsilçisi Preston-un heyətində 44 oyunda qapını qoruyan 28 yaşlı Freddie Woodman, 48 qol buraxıb, 17 matçda isə qapısını toxunulmaz saxlayıb.

Aytac Mustafayeva