Dünya Futbolu

“Manchester United”dən “Barcelona”ya

Bakı, 19 iyul , Tsport.az 

İngiltərənin aparıcı klublarından “Manchester United“in hücumçusu Marcus Rashfordun “La Liga” nəhəngi “Barcelona“ya transferi gündəmdədir. “The Athletic”in yayımladığı məlumata görə, iki klub arasındakı danışıqlar ciddi şəkildə irəliləyib və tərəflər əsas şərtlərdə razılığa gəliblər.

Tsport.az xəbər verir ki, iddialara görə, “Barcelona” futbolçunu əvvəlcə icarəyə götürməyi, daha sonra isə birdəfəlik transfer etməyi planlaşdırır. Bu model çərçivəsində Rashfordun tam şəkildə Kataloniya təmsilçisinin oyunçusu olması mümkündür.

Qeyd edək ki, Marcus Rashford klubun akademiyasının yetirməsidir və uzun illərdir “Manchester United”in əsas heyətində çıxış edir. Ötən mövsümün ikinci yarısında isə o, “Aston Villa”da icarə əsasında forma geyinib.