“Manchester United”dən “Eyüpspor”a gözlənilməz transfer
Bakı,10 sentyabr , Tsport.az
“Manchester United“in niderlandlı sol cinah müdafiəçisi Tayrel Malasiya karyerasını Türkiyə Süper Liqasında davam etdirə bilər.
Tsport.az xəbər verir ki, “Eyüpspor” 26 yaşlı futbolçunu rənglərinə bağlamaq istəyir.Qeyd edək ki, T.Malasiya ötən mövsümü PSV-də icarə əsasında keçirib.