“Manchester United”dən hücum xəttinə güclü əlavə
Bakı, 25 aprel, Tsport.az
İngiltərənin nəhəng klubu “Manchester United”, “Wolverhampton Wanderers”in braziliyalı hücumçusu Matheus Cunhanı transfer etmək üzrədir.
Tsport.az xəbər verir ki, “qırmızı şeytanlar” bu keçid üçün 62.5 milyon funt-sterlinq ödəməyə razılaşıb. Tərəflər bütün şəxsi razılaşmaları artıq tamamlayıb və transferin mövsümün sonuna yaxın rəsmi şəkildə açıqlanacağı gözlənilir.
25 yaşlı Cunha, sürəti və texnikası ilə tanınır, “Manchester United”in hücum xəttində yeni nəfəs ola bilər.