“Manchester United”dən veteranlara vida
Bakı, 15 aprel, Tsport.az
“Manchester United” yay transfer pəncərəsində iki təcrübəli oyunçusu ilə yollarını ayırmağa hazırlaşır.
Tsport.az xəbər verir ki, tanınmış transfer eksperti Fabrizio Romanonun məlumatına görə, klub Tom Heaton və Jonny Evansla vidalaşacaq.
Hər iki futbolçunun müqaviləsi iyunun 30-da başa çatır və klub rəhbərliyi yeni sözləşmə imzalamaq niyyətində deyil.
37 yaşlı müdafiəçi Jonny Evans, “Qırmızı şeytanlar”ın yetirməsidir və 2015-ci ilə qədər əsas komandada forma geyinib. O, ötən il kluba qayıdaraq bu mövsüm 12 matçda iştirak edib, 1 qolla yadda qalıb.
39 yaşlı qapıçı Tom Heaton da Manchester United akademiyasının məhsuludur. O, 2010-cu ildə klubdan ayrılsa da, 2019-cu ildə yenidən “Old Trafford”a qayıdıb. Heaton əsasən ehtiyat qapıçı funksiyasını yerinə yetirib.