“Manchester United”in 2025/26 səfər forması rəsmi təqdim olundu
Bakı, 16 iyul, Tsport.az
İngiltərənin nəhəng klubu “Manchester United” 2025/26 mövsümü üçün yeni səfər formasını ictimaiyyətə təqdim edib.
Tsport.az xəbər verir ki, yeni forma dizaynı klassik 1992-ci il səfər formasından ilham alaraq hazırlanıb. Ağ əsas üzərində lilac (açıq bənövşəyi) rəngli “qar dənəciyi” qrafikası yer alır. Loqo, Adidas işarəsi və çiyinlərdəki üç zolaq isə plum (tünd bənövşəyi) rənglə vurğulanıb.
Formanın digər detalları:
- Ağ köynək, lilac qrafika ilə
- Tünd bənövşəyi şort
- Ağ corablar
- Snapdragon sponsor loqosu ön hissədə
Bu forma ilk dəfə 20 iyulda “Leeds United” ilə keçiriləcək yoldaşlıq oyununda geyiniləcək.


