Dünya Futbolu

“Manchetser United” Kenan Yıldızı istəyir

Bakı, 19 mart, Tsport.az

Juventus“-da oynayan Türkiyənin milli futbolçumuz Kenan Yıldız üçün “Manchester United“-dən təklif gəlib.

Tsport.az xəbər verir ki, İngiltərə nəhəngi Manchester United, Kenan Yıldız-ın meneceri və klubuyla əlaqə quraraq transfer üçün ilk addımı atıb.

Team Talk-da yayımlanan xəbərə görə, “Manchester United”, Kenan Yıldız üçün “Juventus” və meneceri ilə ilkin müzakirələrə başlayıb. Eyni xəbərdə qeyd olunanlara əsasən, Kenan Yıldız üçün 90 milyon avro civarında bir təklif edilə biləcəyi vurğulanıb.

Bu mövsüm 41 matçda iştirak edən 20 yaşlı hücumçu, 6 qol və 4 asistlə diqqət çəkib. Kenan Yıldız-ın “Juventus”-la olan müqaviləsi 2029-cu ilə qədər davam edir.