Marco Asensio “Aston Villa”ya birdəfəlik transfer oluna bilər
Bakı, 13 mart, Tsport.az
Fransanın PSG klubunun vingeri Marco Asensio, hazırda icarə əsasında oynadığı “Aston Villa”ya (İngiltərə) daimi transfer oluna bilər.
Tsport.az xəbər verir ki, İngiltərə klubu 29 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Asensio, PSG ilə 2028-ci ilə qədər müqaviləyə imza atıb, amma onun “Aston Villa” ilə olan icarə müddəti cari mövsümün sonunda başa çatacaq.
“Transfermarkt” portalı, 2023-cü ildə “Real”dan (İspaniya) PSG-yə transfer olan futbolçunun dəyərini 20 milyon avro olaraq qiymətləndirir.