Marcus Rashford karyerasını İspaniyada davam etdirə bilər
Bakı, 16 may, Tsport.az
“Manchester United”in hücumçusu Marcus Rashford karyerasını İspaniyada davam etdirə bilər.
Tsport.az xəbər verir ki, “Barcelona” klubu oyunçunun xidmətində maraqlıdır. Kataloniya təmsilçisi futbolçu üçün danışqlara başlayacaq. Komandanın aparıcı üzvlərindən olan Lamine Yamal da Rashfordun alınmasını istəyir.
Transfer ehtimalını artıran digər amil isə Rashfordun tanınmış futbol agenti Pini Zahavi ilə əməkdaşlığa başlamasıdır. Zahavi “Barcelona”nın baş məşqçisi Hans-Diter Flikin və polşalı hücumçu Robert Levandovskinin də nümayəndəsidir.