-->
Dünya Futbolu

“Marsel” hücumçusu üçün 30 milyon avro təklif ediləcək

Bakı, 22 aprel, Tsport.az

“Marsel”in hücumçusu Luis Henrique, karyerasını İtaliyada davam etdirə bilər.

Tsport.az xəbər verir ki, “İnter “23 yaşlı braziliyalı forvardla maraqlanır və artıq transfer danışıqlarına başlayıb.

Potensial transferin məbləği 30-35 milyon avro arasında dəyişəcək. Henriquenin hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədər davam edir.

Cari mövsümdə “Marsel”in heyətində 32 matçda forma geyən forvard 9 qol vurub və 8 məhsuldar ötürmə ilə komandasına kömək edib.