Dünya Futbolu

“Marsel” “Real”ın gənc hücumçusunu icarəyə götürmək istəyir

Bakı, 6 oktyabr, Tsport.az

Fransanın “Marsel” klubu İspaniya nəhəngi “Real Madrid”in futbolçusu Endriki heyətinə qatmaq niyyətindədir.

Tsport.az xəbər verir ki, tərəflər arasında danışıqlar qış transfer pəncərəsi ərəfəsində baş tuta bilər.

19 yaşlı braziliyalı hücumçu Madrid klubunda yetərincə oyun praktikasına sahib deyil və bu səbəbdən icarəyə göndərilməsi gündəmdədir.

Qeyd edək ki, Endrikin “Real Madrid”lə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.