Dünya Futbolu

Mart ayının ən yaxşı futbolçusunun adı açıqlanıb

Bakı, 4 aprel, Tsport.az

İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusunun adı açıqlanıb.

Tsport.az xəbər verir ki, Manchester Uinted (Mançester Yunayted)-in yarımmüdafiəçisi Bruno Fernandes, mart ayında İngiltərə çempionatının ən yaxşı oyunçusu adını qazanıb.

30 yaşlı futbolçu, mart ayında oynadığı iki oyunda 2 assist və 2 qol vuraraq möhtəşəm performans sərgiləyib.

Bu mövsüm ümumilikdə 45 oyunda iştirak edən Fernandes, 16 qol vurub və 16 məhsuldar ötürmə edib.