Massimiliano Allegri yenidən “Milan”ı çalışdıra bilər
Bakı, 12 mart, Tsport.az
Massimiliano Allegri, növbəti mövsümdən etibarən “Milan”ın başına keçməyə müsbət yanaşır.
Tsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bu addımı atmağa hazırdır. Allegri son olaraq Juventus (Yuventus)-da çalışıb.
Mütəxəssis, daha əvvəl 2010-2014-cü illər arasında “Milan”ı çalışdırmış və rəhbərliyi altında 2010-11 mövsümündə A Seriyasını qazanan komandanın uğurlarında mühüm rol oynamışdır.