Digər

Masters 1000 seriyasında finala çıxan ən yaşlı tennisçi

Bakı, 31 mart, Tsport.az

ABŞ-ın Mayami şəhərində keçirilən ATP Masters 1000 turnirinin finalında 4 nömrəli seriya başçısı Novak Djokoviç və çexiyalı tennisçi Yakub Mensik qarşılaşıb.

Tsport.az xəbər verir ki, gərgin keçən 2 saat 3 dəqiqəlik mübarizədə Mensik, Djokoviçi 7-6, 7-6 hesabı ilə məğlub edərək 2-0 hesablı qələbə qazanıb və karyerasında ilk Masters 1000 titulunu əldə edib.

Djokoviç bu turnirdə ATP Masters 1000 seriyasında finala çıxan ən yaşlı tennisçi kimi tarixə düşüb. O, 37 yaş 301 günlük olarkən finala yüksələrək daha öncə 37 yaş 222 günlük ikən bunu bacaran isveçrəli Rodcer Federerə məxsus olan rekordu qırıb.