Matçın ən yaxşısı seçildi, 4 yeşik yumurta ilə mükafatlandırıldı-FOTO
Bakı, 31 mart, Tsport.az
Norveç çempionatının Eliteserien liqasının ilk turunda “Bryne FK” doğma meydanda “Bodo/Glimt”-ə 0:1 hesabı ilə məğlub olub.
Tsport.az xəbər verir ki, oyundan sonra baş verən hadisə böyük marağa səbəb olub.
Bryne FK-nin qapıçısı Jan de Boer, komandasının məğlubiyyətinə baxmayaraq, matçın ən yaxşı oyunçusu seçilib. Klubun sponsoru ona 4 yeşik yumurta hədiyyə edib.
“Bryne FK” bu anı sosial media hesabında paylaşaraq, “Jan de Boer “Bodo/Glimt”-ə qarşı oyunun ən yaxşısı seçildi və sponsorumuzdan 4 yeşik yumurta ilə mükafatlandırıldı” sözlərini yazıb. Klubun paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
