Mauricio Pochettino “Tottenham”a qayıdır?
Bakı, 25 aprel, Tsport.az
İngiltərənin “Tottenham” klubunda yayda baş məşqçi dəyişikliyi gözlənilir.
Tsport.az xəbər verir ki, komanda UEFA Avropa Liqasının qalibi olsa belə, hazırkı çalışdırıcı Ange Postecoglou ilə yollar ayrılacaq.
Əsas namizədlərdən biri isə London azarkeşlərinin yaxşı tanıdığı bir simadır – Mauricio Pochettino. Argentina əsilli mütəxəssis 2014–2019-cu illərdə də “Tottenham” klubunu çalışdırmış və komandanı UEFA Çempionlar Liqasının finalına qədər daşıyaraq böyük uğura imza atmışdı.
Hazırda Premyer Liqada işləri yolunda getməyən “Spurs” 33 turdan sonra cəmi 37 xalla 16-cı pillədə qərarlaşıb və bu da rəhbərliyin radikal addım atmasına zəmin yaradıb.