Dünya Futbolu

Mauro İcardi “Galatasaray”dan gedir

Bakı, 15 oktyabr, Tsport.az

Mauro Icardinin “Galatasaray” ile gələcəyi hələ də dəqiqləşməyib.

Tsport.az xəbər verir ki, mövsüm sonunda bitəcək müqaviləsi olan 32 yaşlı argentinalı hücumçu, klubda qalmaq istədiyini açıqlayıb və bu istəyini rəhbərliyə çatdırıb.

Başçı Dursun Özbek yeni müqaviləni danışmağın hələ erkən olduğunu bildirərkən, futbolçunun komanda ilə qalmaq üçün illik əsas maaşında endirim etməyə hazır olduğu öyrənilib.

Hazırda ildə 10 milyon avro qazanan Icardinin, mövcud müqaviləsindəki əlavə ödənişlərdən imtina edərək 6 milyon avroya razılaşa biləcəyi qeyd olunur. Argentinalının tələbi isə ən azı 2 illik yeni kontraktdır.

2022-2023 mövsümündə sarı-qırmızılı komandaya transfer olan Icardi, bu müddətdə 3 Süper Lig çempionluğu, 1 Türkiyə Kuboku və 1 Super Kubok sevinci yaşayıb. “Galatasaray” ilə 96 rəsmi oyunda çıxış edən argentinalı ulduz, 66 qol və 22 asistlə yadda qalıb.