Mauro İcardidən cavab gəldi
Bakı, 5 may, Tsport.az
“Galatasaray”ın argentinalı forvardı Mauro Icardi, mövsümün sonunda klubu tərk edərək Argentinaya qayıdacağı ilə bağlı yayılan xəbərlərə cavab verib.
Tsport.az xəbər verir ki, argentinalı hücumçunun adı “River Plate” ilə hallanır və klubun baş məşqçisi Marcelo Gallardo, onu heyətində görmək istəyir.
Buna baxmayaraq, “Galatasaray” rəhbərliyi bu xəbərləri qəti şəkildə təkzib edib. Klubun vitse-prezidenti Ibrahim Hatipoglu, Icardi’nin gələcəkdə “Galatasaray”dan ayrılmaq kimi bir niyyəti olmadığını və argentinalı futbolçunun komandanın bir hissəsi olaraq qalacağını vurğulayıb.
Icardi’nin “Galatasaray”la olan müqaviləsi 2026-cı ilin yayına qədər davam edir.