Dünya Futbolu

Mbappenin qardaşı performansı ilə diqqət mərkəzinə düşüb

Bakı, 19 oktyabr, Tsport.az

Real Madrid“-nin ulduzu Kylian Mbappénin qardaşı Ethan MbappéLille”dəki çıxışı ilə diqqət mərkəzinə düşüb.

Tsport.az xəbər verir ki, 17 yaşlı futbolçu son oyunlarda cəmi 33 dəqiqə meydanda olsa da, 2 qol vurub.

Xüsusən də “PSG”-yə qarşı matçda (1:1) vurduğu qoldan sonra Kylian Mbappé tribundakı gülərüz reaksiyası ilə gündəmə çevrilib. Fransada artıq “Ethan öz yolunu tapır” başlıqları yazılır.