Formula 1

“McLaren”dən möhtəşəm nəticə

Bakı, 23 mart, Tsport.az

“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Çin Qran-prisində birinci yeri tutaraq mövsümdəki növbəti qələbəsini qazanıb.

Tsport.az xəbər verir ki, Şanxayda baş tutan yarışda onun komanda yoldaşı Lando Norris ikinci, “Mercedes”in britaniyalı sürücüsü Corc Rassel isə üçüncü pillədə qərarlaşıb.

Fernando Alonso üçün yarış erkən bitib – “Aston Martin” pilotu əyləc nasazlığı səbəbindən mübarizəni dayandırmalı olub.

Bu, Piastrinin “Formula 1”də üçüncü qələbəsidir. O, bundan əvvəl Macarıstan və Azərbaycan Qran-prilərində də fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmişdi.

Növbəti mərhələ aprelin 4-6-da Yaponiyada keçiriləcək.