Merih Demiral Türk futbol tarixində iz qoydu.
Bakı, 14 aprel, Tsport.az
Merih Demiral, “FIFA Players Executive Programme” adlı proqrama seçilən dünya üzrə 40 futbolçudan biri oldu.Türkiyəli milli futbolçu bu proqrama qatılan ilk türk idmançı oldu.
Tsport.az xəbər verir ki ,FIFA-nın həyata keçirdiyi bu xüsusi təlim proqramı futbolçuların idarəetmə, liderlik və qərarvermə proseslərində söz sahibi olmasını hədəfləyir. Bu nüfuzlu proqrama qəbul edilən ilk türk futbolçu olan Merih Demiral, futbolçu karyerasından sonra futbolun gələcəyinə yön verəcək liderlərdən biri olmağa hazırlaşır.
Aytac Mustafayeva