Dünya Futbolu

Messi ardıcıl 5-ci oyunda dubl etdi

Bakı, 13 iyul , Tsport.az 

Lionel Messi yenidən azarkeşləri sevindirib. “Inter Miami” MLS-də növbəti matçında “Nashville” komandasına qarşı oynayıb və 2:1 hesablı qələbə qazanıb.

Tsport.az xəbər verir ki, 38 yaşlı ulduz hücumçu bu oyunda iki qol vurub və ardıcıl 5-ci matçda dubl etməyi bacarıb. Eyni zamanda, Messi ardıcıl 6-cı oyundur rəqib qapısına qol vurur.

Argentinalı futbolçu hazırda 17 qolla MLS-in bombardiridir.

“Inter Miami” komandası isə 19 oyundan sonra 38 xal toplayaraq turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.