Dünya Futbolu

Messi “İnter Miami”də qalmağa yaxındır

Bakı, 5 iyul , Tsport.az 

İnter MiamiLionel Messini heyətində saxlamaq üçün hərəkətə keçib.

Tsport.az xəbər verir ki, tərəflər arasında yeni müqavilə danışıqları uğurla davam edir.

38 yaşlı argentinalı hücumçunun hazırkı müqaviləsi 2025-ci ilin dekabrında başa çatacaq. Lakin danışıqlarda əldə olunan irəliləyişlər Messinin daha bir il – 2026-cı ilin sonuna qədər komandada qalması ehtimalını gücləndirib.

Messi cari mövsümdə “İnter Miami”nin heyətində bütün turnirlərdə 17 oyuna çıxıb, 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.