Messi və Ronaldo eyni komandada?
Bakı, 17 aprel, Tsport.az
Lionel Messi və Cristiano Ronaldonun eyni komandada çıxış etməsi gündəmdədir.
Tsport.az xəbər verir ki, bu möhtəşəm ideyanın müəllifi argentinalı sabiq ulduz forvard Carlos Tévezdir. 2021-ci ildə peşəkar karyerasını başa vuran Tevez, “Boca Juniors” stadionunda təntənəli vida matçı keçirməyi planlaşdırır.
O, karyerası boyunca eyni komandada oynadığı məşhur futbolçuları həmin qarşılaşmaya dəvət edəcək. Bu siyahının ən maraqlı adları isə şübhəsiz ki, Messi və Ronaldodur. Carlos Tévez Messi ilə Argentina millisində, Cristiano Ronaldo ilə isə “Manchester United”də komanda yoldaşı olub.
Əgər plan reallaşsa, bu, futbol tarixində az rast gəlinən və yaddaşlardan silinməyəcək anlardan biri olacaq. Hər iki ulduzun eyni forma ilə meydana çıxması milyonlarla azarkeşin arzusunu gerçəyə çevirə bilər.