Messidən yeni gənclər turniri – “Messi Kuboku”
Bakı, 15 oktyabr, Tsport.az
Dünya futbol ulduzu Lionel Messi yeniyetmələr arasında “Messi Kuboku” adlı turnir təsis edib.
Tsport.az xəbər verir ki, yarış ABŞ-ın Florida ştatının Mayami şəhərində 9–14 dekabr tarixlərində keçiriləcək.
Messinin sözlərinə görə, turnirdə artıq “River Plate”, “Newell’s Old Boys” (hər ikisi Argentina), “Inter Miami” (ABŞ), “Barcelona”, “Atletico” (hər ikisi İspaniya), “Chelsea”, “Manchester City” (İngiltərə) və “Inter” (İtaliya) iştiraklarını təsdiqləyiblər.