Messidən yeni rekord
Bakı, 15 oktyabr, Tsport.az
Argentina millisinin kapitanı Lionel Messi futbol tarixində yeni nailiyyətə imza atıb.
Tsport.az xəbər verir ki, 38 yaşlı hücumçu Puerto Riko ilə yoldaşlıq oyununda iki məhsuldar ötürmə edərək, millidəki assistlərinin sayını 60-a çatdırıb.
Beləliklə, Messi millilər səviyyəsində ən çox məhsuldar ötürmə verən futbolçu olub. Əvvəlki rekord 58 assistlə Neymar və Landon Donovanın adına idi.
Argentina görüşü 6:0 hesabı ilə qələbə ilə başa vurub.