Dünya Futbolu

Meydana 7 əcnəbi futbolçu ilə çıxdığı üçün məğlubiyyət aldı

Bakı, 3 oktyabr, Tsport.az

Trendyol 1. Liqası-nın 8-ci həftəsində keçirilən “Sakaryaspor” – “Sivasspor” matçı sahədə baş verən qayda pozuntusu ilə gündəmə gəlib.

Tsport.az xəbər verir ki, matç 0:0 hesabı ilə yekunlaşsa da, “Sakaryaspor” eyni anda 7 əcnəbi futbolçu ilə meydana çıxdığı üçün hökmən məğlubiyyət cəzasına məruz qalıb.

Türkiyə Futbol Federasiyasının (TFF) qaydalarına görə, hər bir komanda meydanda maksimum 6 əcnəbi oyunçu ilə mübarizə apara bilər.

Matçdan sonra vəziyyəti aşkar edən “Sivasspor” rəhbərliyi rəsmi şikayət ərizəsini TFF-ə təqdim edib. Qurum qayda pozuntusunu təsdiqləyərək, “Sivasspor”u 3:0 hesabı ilə qalib elan edib.