Azərbaycan Futbolu

“Milan” Artem Dovbyk ilə maraqlanır

Bakı, 19 avqust, Tsport.az

İtaliyanın “AC Milan” klubu Ukrayna millisinin hücumçusu Artem Dovbyk-i transfer etmək niyyətindədir.

Tsport.az xəbər verir ki, “rossoneri” hücum xəttini gücləndirmək üçün 28 yaşlı forvardı heyətinə qatmağı planlaşdırır.

Xəbərdə qeyd olunur ki, “AS Roma” futbolçunu satmağa hazırdır, lakin hazırda tərəflər arasında danışıqlar aparılmır.

Artem Dovbyk ötən mövsüm “Roma”nın heyətində 45 matçda çıxış edib, 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.