“Milan” “Chelsea”nın futbolçusundan narazıdır
Bakı, 19 mart, Tsport.az
“Milan” Chelsea (Çelsi)-dən icarəyə götürdüyü Joao Felixi komandada saxlamayacaq.
Tsport.az xəbər verir ki, Milan klubu portuqaliyalı futbolçunun performansından narazıdır və icarə müqaviləsi başa çatdıqdan sonra o, Chelsea”yə geri dönəcək.
Bu mövsüm Felix, “Milan”ın heyətində 10 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edərək çox müsbət nəticələr göstərməyib.