Dünya Futbolu

Milan, Christian Pulisiclə müqaviləsini uzadıb

Bakı, 16 mart, Tsport.az

İtaliyanın “Milan” klubu, yarımmüdafiəçi Christian Pulisiclə müqavilə müddətini uzadıb.

Tsport.az xəbər verir ki, məşhur futbol insayderi Fabritsio Romano bu barədə məlumat yayıb. 26 yaşlı futbolçunun yeni müqaviləsi 2029-cu ilə qədər davam edəcək. Həmçinin, onun maaşı da artırılacaq.

Pulisic, cari mövsümdə “Milan”ın heyətində 38 oyunda iştirak edib, 15 qol vurub və 9 məhsuldar ötürmə verib. Mövcud müqaviləsi isə 2027-ci ilin yayına qədər davam edirdi.

Qeyd edək ki, “Milan”, İtaliya A Seriyasında 29 turdan sonra 47 xalla 7-ci yerdə qərarlaşıb.