“Milan” gənc müdafiəçi üçün hərəkətə keçib
Bakı, 27 mart, Tsport.az
“Milan” “Verona”nın istedadlı müdafiəçisi Diego Koppolanı transfer etmək niyyətindədir.
Tsport.az xəbər verir ki, klub rəhbərliyi 20 yaşlı futbolçunu heyətinə qatmaq üçün artıq addımlar atıb. “Milan” nümayəndələri gənc oyunçunun bir neçə matçını yaxından izləyiblər.
İtaliyalı müdafiəçi 2022-ci ilin yanvarından “Verona”nın əsas komandasında çıxış edir və müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. O, klubun akademiyasının yetirməsidir.