Dünya Futbolu

“Milan” Samuele Riccini transfer etdi

Bakı, 4 iyul , Tsport.az 

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Klubun rəsmi saytının məlumatına görə, “Torino”nun dayaq yarımmüdafiəçisi Samuele Ricci ilə 4 illik müqavilə imzalanıb.

Tsport.az xəbər verir ki, 23 yaşlı futbolçunun transferi üçün Milan təmsilçisi qarşı tərəfə 23 milyon avro əsas məbləğ və 1,5 milyon avro bonus ödənişi həyata keçirib.

Riççi geridə qalan mövsümdə A Seriyasında 34 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.