“Milan”da ciddi itki
Bakı, 17 oktyabr, Tsport.az
Fransa millisinin toplanışında olan “Milan” yarımmüdafiəçisi Adrien Rabiot zədələnib.
Tsport.az xəbər verir ki, 30 yaşlı futbolçunun sol baldır əzələsində problem aşkarlanıb və o, ən azı bir neçə həftə meydana çıxa bilməyəcək.
Rabiotun vəziyyəti 10 gün sonra yenidən qiymətləndiriləcək.